Ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə daim dəstək verən “Azərbaycan Beynəlxalq Bankı” plastik kartlarla bağlı yeni endirim kampaniyasına başlayıb. Kampaniya 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə keçirilir. 14 noyabrdan 30 noyabra qədər davam edəcək kampaniya çərçivəsində VİSA Gold və MasterCard Gold kartlarını bankdan cəmi 10 AZN-ə almaq olar.
Bundan başqa, 14 – 17 noyabr tarixləri arasında VİSA/MC Platinum, AMEX Green kartları müştərilərə 50%, VİSA Gold Prime, VİSA Platinum Prime, VİSA İnfinite, MasterCard World Elite, AMEX Gold, AMEX Platinum kartları isə 40% endirimlə təklif edilir.