Azərbaycan Beynəlxalq Bankının təmsilçiləri Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi SİBOS konfransında iştirak edəcək.
BBN.az banka istinadən xəbər verir ki, cari ilin 16-19 oktyabr tarixlərində Kanadanın Toronto şəhərində baş tutacaq konfrans çərçivəsində bankın nümayəndə heyəti xarici banklarla görüşlər keçirib. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin müvəffəqiyyətlə həyata keçirilən restrukturizasiyası prosesi barədə onlara məlumat verilib. Bankın strateji hədəfləri diqqətə çatdırılıb. Qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Məlumat üçün bildirək ki, bu konfrans 1978-ci ildən etibarən keçirilir. Hər il keçirilən konfransa iri bank və maliyyə qurumlarının nümayəndələri, eləcə də beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır.