Azərbaycan Beynəlxalq Bankı tender elan edir. Tender 1 lot- ABB-nin daşınmaz əmlakının icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası xidmətlərinin satınalınması üzrə keçirilir. Tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri 22 yanvar 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 26 yanvar 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvana təqdim etməlidirlər.
Qeyd edək ki, iddiaçıların təklifləri 29 yanvar 2018-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvanda açılacaq.