ABB yeni kampaniya elan edib

Azərbaycan Beynəlxalq Bankı müştərilər yay istirahətinə gedərkən evdəki pullarını, qiymətli əşyalarını, mühüm sənədlərini  saxlamaq üçün yeni “1+1” kampaniyası kampaniyası elan edib. Kampaniya dövründə bankdan 1 ay müddətinə depozit seyfi icarəyə götürən hər bir müştəriyə seyfin növbəti bir aylıq icarəsi hədiyyə ediləcək.

Qeyd edək ki, kampaniya 5 iyul – 4 avqust müddətində keçərlidir. Müxtəlif ölçülü depozit seyflərini bankın Baş ofisində, eləcədə Bakı və Gəncədəki filiallarında icarəyə götürmək olar. Seyflərin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 AZN-dən başlayır və seyfin ölçüsündən asılı olaraq dəyişir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır