ABB yeni sistem tətbiq edir

 

Azərbaycan Beynəlxalq Bankı ölkədə ilk dəfə olaraq avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edir. Bu sistem qiymətlilərin qorunmasında ən təhlükəsiz və yüksək xidmət səviyyəsini təmin edir.

Sistemin özəlliyi qiymətlilərin qəbulu və təhvil verilməsi prosesinin tam avtomatlaşdırılmasıdır. Bu sistemin köməyi ilə  bank əməkdaşının iştirakı belə olmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək mümkündür.

Proses çox rahat və operativ şəkildə baş verir: müştəri xidmət kabinəsinə daxil olaraq müqavilə rəsmiləşdirilərkən ona verilmiş kartı və məxfi kodu sistemə daxil edir. Robot sifariş edilmiş depozit qutusunu qapalı zonadan müştərinin olduğu kabinəyə göndərir. Qutu müştəridəki açarla açıldıqdan və əməliyyat başa çatdırıldıqdan sonra sistem depozit qutusunu yenidən avtomatik şəkildə qapalı saxlancdakı yerinə qaytarır.

Azərbaycan Beynəlxalq Bankında depozit seyfinin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir.

Qeyd edək ki, depozit seyflərinin icarə haqqı 1 aylıq 20 AZN-dən başlanır, seyfin ölçüsündən asılı olaraq dəyişir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır