“Azəriqaz” İB I rüb üzrə abonentlrinin sayını açıqlayıb

2018-ci ilin birinci rübü ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 23 164 yeni abonent qeydiyyata alınıb.

BBN.az xəbər verir ki, abonentlərin 15 041-i Bakı, Abşeron və Sumqayıt, 8 123-ü isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Qeyd edək ki, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində  təbii qazla təmin olunan abonentlərin sayı 2 119 894-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır