ABŞ-da işsizlik müavinəti üçün həftəlik müraciətlər 21 min artaraq 231 min olub. Bu isə 6 həftə ərzində ən yüksək səviyyə kimi qeydə alınıb.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, davam edən ərizələr 65 min azalaraq 1.87 milyona bərabər olub.
Qeyd edək ki, işsizlik müavinəti üçün həftəlik müraciətlər üzrə proqnozlar 220 min olub.