ABŞ-ın Daxili Gəlirlər İdarəsinin saytında nasazlıq yaranıb

ABŞ-ın Daxili Gəlirlər İdarəsinin (IRS) saytında yaranmış texniki nasazlığa görə milyonlarla vergi ödəyicisi vergilərini büdcəyə vaxtında ödəyə bilməyib.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, buna görə də 2017-ci il üçün bəyannamələrin verilmə müddəti bir gün uzadılıb. Nasazlıq hesabatların verilməsi üçün müəyyənləşdirilmiş son tarixdə -aprelin 17-də baş verib.

Qeyd edək ki, saytın işində gözlənilməz fasilənin yaranması ilə bağlı konkret səbəb göstərilməyib.Vergi orqanlarından bildirilib ki, problem avadanlığın işində çatışmazlıqlar olduğuna görə baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır