ABŞ və Çin arasında iqtisadi münaqişə səngimək bilmir

ABŞ ilə Çin arasındakı “rüsum davası” günü-gündən daha da dərinləşir.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ÇXR üçün nəzərdə tutulan idxal rüsumunu daha da artıracağını bəyan edib. Onun sözlərinə görə, 200 milyard dollar dəyərində olan məhsullara 10% rüsum tətbiq olunacaq.

Bu barədə bəyanatla çıxış edən D.Tramp onu da qeyd edib ki, Pekin Vaşinqtona güzəşt etməsə, bu rəqəm 25%-dək yüksələ bilər. ABŞ liderinin sözlərinə görə, Çinin xarici ticarət sahəsindəki siyasəti Amerika iqtisadiyyatının çiçəklənməsinə və uzunmüddətli sağlamlığına ciddi təhlükə yaradır.

Bəyanatda qeyd edilir ki, 10%-lik rüsum qaydası 24 sentyabrdan qüvvəyə minəcək .

Qeyd edək ki, Trampın Çin mallarına rüsumun qaldırılması ilə bağlı qərarına cavab olaraq,qarşı tərəf adekvat cavab verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır