ABŞ-ın ən böyük banklarından biri olan “Wells Fargo” qeyri-qanuni fəaliyyətinə görə ABŞ Sərmayə Bazarı Qurumuna (SEC) cəza olaraq 3.5 milyon dollar ödəməyi qəbul etdib.
Belə ki, şirkət tərəfindən verilən məlumata görə, “Wells Fargo”şirkətinin törəmə şirkəti olan “Wells Fargo Advisors” SEC ilə razılaşma çərçivəsində 3.5 milyon dollar cərimə ödəyəcəyini bildirib.
Qeyd edək ki, 2012-ci ilin martından 2013-cü ilin iyun ayına qədər şübhəli əməliyyatlar barədə geniş miqyasda hesabat vermək istəməyən bank, əvvəllər də müxtəlif səbəblərə görə yüksək məbləğdə pul cəzası ödəmək məcburiyyətində qalıb.