Parlamentin Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə əsasən , digər ştatların vergi rezidentləri olmaqla qısamüddətli iqtisadi fəaliyyətlə məşğul olan vətəndaşları bundan sonra çalışdıqları ştatların hökumətləri cəlb edə bilməyəcək. Əvvəllər hər hansı şəxs bircə gün iqtisadi fəaliyyət göstərdikdə vergi orqanı vergi tuturdu.
Yeni qəbul edilmiş qanuna əsasən, müəyyən bir ştatın ərazisində gəlir vergisinin tutulması üçün il ərzində ən azı 30 gün fəaliyyət göstərmək lazım gəlir.
Bundan əlavə, sahibkarların və ya şirkətlərin formal şəkildə verg orqanlarının tələbi əsasında maliyyə məlumatını təqdim etmək öhdəliyi var idi.
Qeyd edək ki, əvvəllər müxtəlif ştatlarda fəaliyyət göstərən şirkətlərin hər vergi dövrünün sonunda doldurmalı olduqları vergi bəyannamələrinin və vergi kreditləri üçün blankların sayı 30-a çatırdı.