ABŞ-da 250 000 yeni rəsmi iş yerləri yaradılıb

2018-ci ilin oktyabr ayında ABŞ-da 250 000 yeni rəsmi iş yerləri yaradılıb.

İşçi statistikaları bürosundan (BLS) verilən son məlumata istinadən, ölkə ərazisində məşğulluq artımı proqnozlaşdırılandan (50000 yeni rəsmi iş yeri) yüksək olub.

İş yerlərinin sayındaki artım özünü ən çox təhsil və səhiyyə (44000), istirahət və turizm (42000), istehsalat (32000) və inşaat (30000) sahələrində biruzə verib.

Maaşlar da artırılıb. Belə ki, son 12 ay ərzində işçilərin saatlıq nominal məvacibində 3.1%-lik artım müşahidə olunur.

Ümumilikdə, 2016-cı ilin noyabr seçimlərindən bu yana açılan yeni iş yerlərinin sayı 4.5 milyonu keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır