ABŞ-ın “idxal vergi”si Almaniyanı çətinliyə salıb

ABŞ prezidenti Donald Trampın avtomobil sektoruna idxal vergisi tətbiq etmə planı ABŞ-a 34,1 milyard avroluq ixrac həyata keçirən avtomobil firmalarını çətinliyə salıb.

Tramp prezident kimi fəaliyyətini icra etməyə başlamazdan əvvəl Alman Bild qəzetinə verdiyi açıqlamada ABŞ xaricində istehsal olunan, lakin bu ölkəyə satılan avtomobillər üçün istehsalçıların vergi ödəməli olacaqlarını və alman avtomobil istehsalçılarına 35%-lik vergi tətbiq olunacağını bildirmişdi.

Trampın bu açıqlamasından sonra BMW, Daimler və Volkswagen-in səhmlərinin qiymətində azalmalar müşahidə olunub.

Qeyd edək ki, hər 3 avtomobil istehsalçısı ABŞ-a ixrac məqsədilə istehsal məsrəflərinin aşağı olduğu Meksikada fabriklərə milyardlarla avro həcmində investisiya etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır