ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəricisi 161 min səviyyəsində qeydə alınaraq, 173 minlik gözləntilərə cavab verməyib. Bloombergin məlumatına əsasən, işsizlik səviyyəsi də geriləyərək 4,9%-ə enib.
Qeyd edək ki, ABŞ-dakı məşğulluq göstəricisinin və əmək haqqının artması iqtisadiyyatın ilin son rübündə sabitliyə doğru irəlilədiyinin göstəricisidir.