ABŞ-ın həftəlik xam neft ehtiyatları 2,6 milyon barrel azalıb.
Bu haqda ABŞ-ın Enerji İnformasiya İdarəsindən məlumat verilib. Məlumata əsasən, ehtiyatlar 0,5% və ya 2,6 milyon barrel azalaraq 483,2 milyon barrelə geriləyib.
Qeyd edək ki, ehtiyatların 1,6 milyon barrel azalacağı proqnozlaşdırılmışdı. Ötən həftə bu ehtiyatlarda 2,4 milyon barrellik azalma qeydə alınmışdı.