Amerika Birləşmiş Ştatları mənfəətlərin ölkəyə qaytarılması barədə qərarı qəbul edən şirkətləri “mükafatlandırmağı” planlaşdırır. Offşor şirkətlərin təşviq edilməsi məqsədilə ölkəyə qayıdanlara aşağı dərəcəli xüsusi vergilər müəyyənləşdirmək nəzərdə tutulur.
BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, təklif edilən yeni qanunvericilik aləti sahibkarların xaricdə əldə etdiləri mənfəətlərdən on faizlik vergi tutulmasıdır.
Prezident Donald Tramp və Respublikaçılar Partiyasını təmsil edən konqresmenlər hesab edirlər ki, işgüzar dairələri pulları offşorlardan gətirməyə inandırmaqla, ölkə daxilində yeni iş yerlərinin açılması mümkün olacaq. Hazırda qüvvədə olan qanunvericiliyə görə beynəlxalq gəlirlərdən tutulan vergi 35 % təşkil edir ki, bu da dünyada ən yüksək göstəricidir. Lakin gəlirləri xaricdə saxlamaqla qeyd olunan vergininin ödənilməsini təxirə salmaq mümkündür. Bu hüquqi imkandan istifadə edən şirkətlər, faktiki olaraq, öz bizneslərini xarici ölkələrdə aparırlar. 1996-cı ildən bəri ABŞ şirkətlərinin xaricdəki gəlirləri ikiqat artıb.
Qeyd edək ki, bu sahədə əvvəllər də müəyyən cəhdlər göstərilib. 2004-cü ildəkonqres belə bir təklif irəli sürmüşdü ki, öz biznesini ölkəyə gətirən şirkətlərəvergi güzəştləri ediləcək. Lakin həmin güzəştlərdən istifadə edənlər az oldu, nəticədədövlət xəzinəsinə xaricdəki 321 mlrd. dollar həcmində gəlirlərin cəmiv5.25 %-i qaytarıldı.