“ABŞ sanksiyaları Avropada qaz problemi yarada bilər”

“Qaz boru kəmərlərinin çəkilişində yaranan çətinliklər səbəbindən avropalı istehlakçılar qiymət artımı və hətta çatdırılma problemi ilə üzləşə bilər”. Bu sözləri “S&P” Beynəlxalq Reytinq Agentliyi səsləndirib.

Agentliyin analitikləri hesab edirlər ki, ABŞ tərəfindən Rusiyaya qarşı qəbul edilən yeni sanksiyalar Avropanın qaz bazarında qeyri-müəyyənliklər yarada bilər.

“S&P”nin hazırladığı hesabatda qeyd olunub ki, sanksiyalar yeni qaz boru kəmərlərinin çəkilişinə mane ola, hətta bu layihələrin ləğv olunmasına gətirib çıxara bilər. Həmçinin, sanksiyalar Rusiyadan yanacağın çatdırılmasında problemlər yarada bilər.

Qeyd edək ki, qaz qiymətlərinin 30% artması ABŞ-dan Avropaya qaz nəqlini rentabelli edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır