ABŞ-da ticari xam neft ehtiyatları keçən həftə 1,5 milyon barrel azalıb.
Belə ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə ticari xam neft ehtiyatlarının keçən həftə 1.5 milyon barrel və ya 0.3% azalaraq 481.9 milyon barel təşkil etdiyini bildirib.
Həmçinin, ticari xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə keçən həftə 678.9 milyon barrel səviyyəsində dəyişməz olaraq qalıb.
Qeyd edək ki, ölkənin xam neft idxalı bir əvvəlki həftəyə nisbətən, gündəlik ortalama 209 min barrel artaraq 8.25 milyon barelə yüksəlib, xam neft ixracatı isə 328 min barrel azalaraq 702 milyon barrel təşkil edib.