ABŞ və İran arasında gərginlik

İran ABŞ-ın yeni prezidenti seçilən Donald Trampın 16,6 milyard dollarlıq “Boeing” razılaşmasını pozması halında ön ödənişi faizi ilə birlikdə istəyəcəklərini bildirib.

Bu açıqlamanın bərabərində “Airbus”dan 100 təyyarənin alınacağı da deyilib.

İran Hava Yolları şirkətinin rəhbəri  Fərhad Pərvərəş: “İki tərəfin də öhdəliklərini yerinə yetirməməsi və ya razılaşmanın pozulmasilə bağlı məcburi səbəblər olduqda özlərinə aid ssenariləri var”-deyib.

Pərvərəş “Airbus” şirkəti ilə 100 təyyarənin alışına dair razılaşmanın əldə olunduğunu və gələn il 7-8 təyyarənin İran Hava Yollarına təslim ediləcəyini bildirərək, razılaşmanın 10 milyard dollar dəyərində olduğunu da əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır