AccessBank 15 illik yubileyi münasibətilə bu il müştəriləri yeni kampaniya və təkliflərlə sevindirəcək. İlk olaraq Bank yeni “15=12” kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin 3 ayının faizləri hədiyyə edilir. Belə ki, 15 ay müddətinə kredit götürən şəxslər yalnız 12 ayın faizinı ödəyəcəklər. Bu təklifdən yararlanan müştərilər sərfəli şərtlərlə 50000 manatadək mikro və 20000 manatadək nağd kreditlər əldə edə bilərlər.
Qeyd edək ki, “15=12” kampaniyası 30iyun 2017-ci il tarixinədək davam edəcək.