“AccessBank” və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı çərçivəsində reallaşdırılan “ASAN İnkişaf Modeli” (AİM) layihəsi davam edir.
BBN.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbirlər Cəliləbad və Masallı rayonlarında baş tutub. Ümumilikdə hər iki tədbirə 600-dən çox 9-11 sinif şagirdləri qatılıb. Tədbir çərçivəsində şagirdlərə ixtisas seçimi, müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, dünya trendlərinə düzgün qoşulma, yaradıcı, məntiqi təfəkkürün inkişaf etdirilməsi, özünüinkişaf, psixologiya mövzularında təlimlər keçirilib. Təlimləri “AccessBank” və “ASAN Könüllüləri” təşkilatının nümayəndələri aparıblar.
Daha sonra təlimlərdə iştirak edən şagirdlərin sualları cavablandırılıb. Yekunda şagirdlərə hədiyyələr və trenddə olan kitablar paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaq. Onu da əlavə edək ki, növbəti təlimlər İsmayıllı və Qəbələ rayonlarında baş tutacaq.