“AccessBank” bağçılıqla məşğul olan şəxslər üçün “Bağa bax ki, bağ olsun!” kredit kampaniyasına start verir. Kampaniya aprelin 30-dək davam edəcək.
Bu müddət ərzində Bank kənd təsərrüfatı ilə məşğul olan şəxslərə kredit götürərkən 12 ayadək güzəşt müddəti və bu müddət ərzində illik faiz dərəcəsinə 3%-dək endirim təqdim edir. Bundan başqa, müştəri ödəniş qrafikini özü seçərək kredit üzrə ödənişləri öz biznesinə uyğun şəkildə tərtib edə biləcək.