Sistem administratoru |
Namizədlər üçün irəli sürülən tələblər:
· Ali təhsil; · İT sahəsində 2 ildən artıq iş təcrübəsi; · İngilis, rus və Azərbaycan dilləri biliyi; · Linux (Ubuntu, SUSE, FreeBSD, etc) idarəçiliyi təcrübəsi; · Korporativ poçt serverlərini sazlama təcrübəsi; · nodejs, tomcat, glassfish, JBoss, nginx sazlama təcrübəsi; · Oracle idarəçiliyi üzrə təcrübəyə üstünlük verilir; · Skript dillərində (python, perl, bash) proqramlaşdırmaq bacarığına üstünlük verilir; · Məlumatların sürətlə çoxalması şəraitində disk vasitələri və fayl sistemləri ilə, eləcə də nfs/cifs ilə işləmək bacarığı; · Məlumatların saxlanması sistemlərinin (EMC,HP,DELL) iş prinsiplərini bilmək; · PRTG, ZABBIX monitorinq sistemi ilə iş təcrübəsi; · Serverlərin virtuallaşdırılması və klasterizə edilməsi təcrübəsi; · İşə məsuliyyətli münasibət, stressli vəziyyətlərə hazırlıq.
|
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Müraciət üçün son tarix: 26.12.2016 |
Hüquqşünas |
Namizədlər üçün irəli sürülən tələblər:
· Ali hüquq təhsili ; · Hüquqşünaslıq ixtisası üzrə 3 illik iş təcrübəsi (bank sahəsində, məhkəmə və icra orqanları ilə iş təcrübəsi arzuolunandır); · Yüksək nəzəri biliklər və məhkəmədə işlərin aparılması üzrə praktik vərdişlər; · Məsuliyyətlilik, dəqiqlik və dürüstlük; · Ölkə daxilində ezamiyyətlərə getmək; · Gərgin iş rejimində çalışmaq.
Vəzifə öhdəlikləri: · İddia ərizələrinin hazırlanması ilə bağlı ilkin tədbirlərin görülməsi; · İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin tərtib olunması və təqdim edilməsi; · Məhkəmə və icra icraatında təmsilçilik; · Məhkəmə qərarlarının toplanması və icraya yönəldilməsinə nəzarət; · Fəaliyyəti barədə hesabatların tərtib olunması
|
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Müraciət üçün son tarix: 26.12.2016 |