“AccessBank” da yeni təyinat olub

AccessBank-ın Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin yeni Sədr müavini və Baş Biznes İnzibatçısı (CBO) vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor Tariyel İsmayılov təyin olunub.

T.İsmayılov AccessBank-da uğurlu fəaliyyətini 2003-cü ildə Mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. Qısa müddət ərzində idarəçilik qabiliyyəti və yüksək peşəkarlıq nümayiş etdirərək T.İsmayılov 2006-cı ildə “Gəncə” filialının rəhbəri vəzifəsinə yüksəlir. Daha sonra o, regional menecer və departament rəhbəri vəzifələrində çalışdıqdan sonra, 2013-cü ildə Mikrokreditləşmə və Kredit Bək Ofis üzrə İcraçı Direktor vəzifəsinə təyin olunub.

Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir.

Qeyd edək ki, T.İsmayılov  “İqtisadiyyat və Hüquq” ixtisası üzrə maqistraturanı bitirib və hal-hazırda “Sahibkarlığa dövlət yardımının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmi iş üzərində işləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır