“AccessBank” “Raiffeisen Bank International AG” tərəfindən nüfuzlu “STP QualityAward” mükafatına layiq görülüb.
STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Müvafiq standartların qorunması hesabına avtomatlaşdırılmış rejimdə ödənişləri manual müdaxilə olmadan həyata keçirmək mümkündür ki, bu da əməliyyatların olduqca sürətli baş tutmasına şərait yaradır.
“AccessBank”ın Ödənişlər və hesablaşmalar üzrə meneceri Yeganə İbrahimova: “Belə bir nüfuzlu mükafata layiq görülməyimiz bir daha komandamızın peşəkarlığının və tətbiq etdiyimiz texnologiyaların və xidmətlərin effektivliyinin göstəricisidir. Bununla yanaşı, biz durmadan daxili proseslərin və xidmət səviyyəmizin daha təkmilləşdirilməsi üzərində çalışırıq“.
Mükafatlandırma mərasimi Bakıda keçirilən “RBI Cash Management” adlı seminar çərçivəsində baş tutub.
“AccessBank” müştərilərinə əsas valyutalarda beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətlərini təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmaların həyata keçirilməsinə imkan verir.