AccessBank 15 illik yubileyi münasibətilə biznes sahibləri üçün “Hədəflərinizə daha tez çatın” adlı güzəştli biznes kreditləri kampaniyasına başlayır. Azərbaycanın bütün regionlarını əhatə edəcək yay kampaniyasının məqsədi kiçik və orta biznes sahiblərinə daha güzəştli şərtlərlə bank xidmətləri təklif etməkdir.
Kampaniya çərçivəsində müştərilərə biznes hədəflərinə daha tez çatmaları üçün çoxsaylı güzəştlər təqdim olunur. Belə ki, biznes kreditlər üzrə tutulan komissiyada və bank qarantiyası açılması üçün komissiyaya 15% güzəşt tətbiq ediləcək., Biznes kreditlərin ölkə daxili və ölkə xarici köçürməsində komissiya , habelə biznes kreditlərin köçürməsində mübadilə komissiyası 0% olacaq.
Kreditlərin milli valyutada təes qdim olunması da kampaniyanın üstünlüklərindən biridir, bu isə AccessBank-ın daha çox yerli iş adamlarına maliyyə dəstəyi göstərməsinə imkan yaradacaq.
Qeyd edək ki, kampaniya 30 iyun 2017-ci ilədək davam edəcək.