“AccessBank” müştərilərin bütün tələblərinə cavab verən 4 müxtəlif əmanət növü təklif edir.
Əgər siz müəyyən müddətə sərmayə yatırmaq və yüksək gəlir əldə etmək istəyirsinizsə, o halda “Müddətli” əmanət sizə daha uyğundur. Bu zaman faizlər sizin kartınıza, istəyinizdən asılı olaraq, hər ay, hər rüb, hər il və ya müddətin sonunda ödəniləcək.
Əgər siz gəlirinizin müəyyən hissəsini sabit şəkildə yığmaq istəyirsinizsə, bu halda “Yığım” əmanətindən yararlana bilərsiniz – əmanətiniz aylıq artımlar, faizlər və əlavə bonus hesabına artacaq.
“Əlverişli” əmanət açmaqla siz istənilən vaxt əmanətinizin məbləğini artıra, yaxud pulu hesabınızdan çıxara bilərsiniz və bu zaman faizlər hesabına pulunuz da artacaq.
Əgər siz yüksək faizlər qazanmaq istəyirsinizsə və faizlərinizi çıxarmaq üçün uzun müddət gözləməyə vaxtınız yoxdursa, o halda “Yüksələn” əmanət açın. Bu halda siz öz pulunuzu istənilən vaxt toplanmış faizlərin tam həcmi ilə birlikdə çıxara bilərsiniz.
Özünüzə daha uyğun olan əmanət növünü seçin və gəlirlərinizi sərfəli şərtlərlə artırın! Bundan sonra “AccessBank”la pullar Sizə işləyəcək!