“AccessBank” bankdan biznes krediti götürən müştəriləri üçün yeni imkan yaradıb. Bundan sonra, iş adamları biznes krediti götürərkən ödəniş planını – gəlir əldə etmə dövrünə uyğunlaşdıraraq hazırlaya biləcək.
Əgər siz hər hansı bir mövsümi bizneslə məşğulsunuzsa, o zaman ödəniş qrafiki elə tərtib olunacaq ki, siz gəlir götürdüyünüz dövrdə çox, gəlir götürmədiyiniz dövrdə az məbləğdə ödəniş etmə imkanı əldə edə biləcəksiniz.
Məsələn, əgər siz təsərrüfatla məşğulsunuzsa, məhsul götürüb satış həyata keçirdiyiniz dövrdə çox, əkin işləri ilə məşğul olduğunuz dövrdə daha az ödəniş etmək imkanınız olacaq. Beləliklə siz, daha əlverişli qrafik ilə kreditləriniz üzrə ödəniş etmək imkanı qazanacaqsınız.