“AccessBank” müştərilərin işini asanlaşdırıb

AccessBank-ın “myAccess” mobil əlavəsi sizə bir çox imkanlar yaradır:

  1. Pulların mədaxili. Əlbəttə ki, pulları xərcləməzdən öncə, ilk növbədə, onları əldə etmək lazımdır. Söhbət əmək haqqı və ya hər hansı digər gəlirdən gedir. Telefonunuza myAccess yükləməklə, əmək haqqının karta “oturub-oturmadığını” öyrənmək üçün artıq onun balansını terminallarda yoxlamağa ehtiyac qalmayacaq. Əlavəni açıb hesabın vəziyyətinə nəzər salmaq kifayətdir (saatda bir neçə dəfə belə – əsas odur ki, bunu kart və terminallardan asılı vəziyyətdə olmadan öz evinizdə edirsiniz). Vəsaitlərlə bağlı növbəti əməliyyata keçməzdən əvvəl ən mühüm məqamı qeyd etmək lazımdır – myAccess-lə hər hansı əməliyyatlar aparmaq üçün AccessBank-da cari hesabınızın olması vacibdir. Axı, razılaşın ki, pulları idarə etmək üçün onları haradasa saxlamaq lazımdır. Hesabı həm milli, həm də xarici valyuta ilə açmaq olar, bu da danılmaz üstünlükdür, axı bu, növbəti əməliyyatı birbaşa telefonda aparmağa imkan verir:
  2. Valyuta mübadiləsi. İndi bankların saat neçəyə qədər işlədikləri, istirahət günləri açıq olub-olmadıqları barədə narahat olmaq lazım deyil – sadəcə milli valyutada olan hesabdakı pulu xarici valyutada olan hesaba (və ya əksinə) köçürmək kifayətdir. Bu cür iki hesaba sahib olmaqla siz günün istənilən vaxtı valyutanı dəyişə bilərsiniz – gecə saat üçdə belə! (bu barədə biz növbəti məqalələrdə daha ətraflı danışacayıq). Bundan başqa, bu funksiya sayəsində xaricə gedərkən özünüzlə nağd pul götürməyə artıq ehtiyac olmayacaq. 
  3. Pulların hesabdan hesaba köçürülməsi. Pulu kiminsə hesabına göndərmək də olar – istər ölkə daxilində, istərsə də xaricə. Bu xüsusilə dostunuzun və ya yaxınınızın xaricdə axşam saat 6-dan sonra və ya istirahət günləri pulunun bitdiyi hallarda aktualdır (bu barədə həmçinin bizim növbəti məqalələrimizi də oxuyun). Bu funksiya şirkətlər üçün də çox aktualdır. Axı hər ay şirkət bütün əməkdaşlara əmək haqqını köçürməlidir. MyAccess-də bu prosesi avtomatlaşdırmaq olar, və siz prosesi ləğv etməyincə proqram hər ay hər şeyi sizin yerinizə yerinə yetirəcək. Bundan əlavə, əgər həm qəbul edənin, həm də göndərənin AccessBank-da hesabları varsa, hesabdan hesaba aparılan bütün köçürmələr tamamilə PULSUZ həyata keçiriləcək.
  4. Bütün tranzaksiyalar üzrə hesabatın aparılması. Etiraf edin, hesabdan çıxarış almaq üçün banka gedib öz növbənizi gözləyirsiniz? Axı bu, keçmişdə qaldı! MyAccess-də siz bütün tranzaksiyaların tarixçəsini daim görə, köçürmələrin vəziyyətini, eləcə də hesabınızla aparılan istənilən əməliyyatları izləyə bilərsiniz. İstəsəniz, SMS-bildiriş funksiyasını da aktiv edə bilərsiniz. 
  5. Kreditin myAccess vasitəsilə ödənilməsi bir neçə saniyə ərzində həyata keçirilir.

 

“myAccess” imkanları haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır