“AccessBank” NFS layihəsinə aid onlayn platforma yaradacaq

AccessBank, qeyri-maliyyə xidmətləri (Non-financial Services – NFS) sahəsində beynəlxalq təcrübəni tətbiq etməyə başlayan ilk banklardan biridir. AccessBank 2016-cı ilin may ayından etibarən Asiya İnkişaf Bankının dəstəyi ilə kiçik və orta biznes nümayəndələrinin maliyyə savadlılığının artırılması məqsədilə “Non-financial services” layihəsinə başlayıb.

Layihə çərçivəsində “Makro-İqtisadi Trendlər”, “Böhran zamanı İdarəetmə”, “Marketinq və Satış Texnikaları”, “Vergi Hesablamaları” və digər müxtəlif mövzularda xarici və yerli təlimçilərin iştirakı ilə artıq 26 təlim keçirilib. Fərdi sahibkarlar və korporativ müştərilər üçün keçirilən son təlimlər isə, 2017-ci ildə Vergi Məcəlləsində qüvvəyə minən dəyişikliklər mövzusuna həsr olunub

Qeyd edək ki, növbəti mərhələdə Bank NFS layihəsinə aid onlayn-resursların yerləşdirilməsi üçün yeni onlayn-platforma yaradacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır