“AccessBank”ın səhmdarları tərəfindən 20 mln. manat məbləğində 4.8 mln yeni səhmlərin əldə edilməsi nəticəsində bankın nizamnamə kapitalı 140 mln. manatadək artırılıb. Səhmlərin emissiyası və qeydiyyatı 30 sentyabr 2017-ci il tarixində başa çatıb.
“Kapitalın ikinci dəfə artırılması bir daha səhmdarlarımızın bankın kapital mövqeyinin davamlı şəkildə gücləndirilməsi niyyətini nümayiş etdirir. Bu, bizə müştərilərimizin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamaq və mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyimizi daha da möhkəmləndirməyə şərait yaradacaq” – “AccessBank”ın İdarə Heyətinin sədri Rolf Reichardt bildirib.