AccessBank “Üçü var idi, üçü yox idi” adlı kredit kampaniyasına start verir

“AccessBank” Yeni il qabağı “Üçü var idi, üçü yox idi” kredit kampaniyasına start verir. Kampaniya çərçivəsində “AccessBank”dan mikro, aqro və istehlak krediti götürən müştərilərə, aylıq kredit ödənişlərində istənilən 3 ay güzəşt müddəti veriləcək və son 3 ayın faizləri hədiyyə ediləcək.

Belə ki, 15 yanvar 2018-ci il tarixinədək “AccessBank”dan kredit götürənlər, ödəniş aylarından istənilən 3 ayı güzəşt müddəti seçib, həmin aylar üzrə əsas borc məbləği ödənişindən azad olunaraq, növbəti aylarda ödəyəcək. Bundan başqa, kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin son 3 ayının faizləri hədiyyə ediləcək.

Kampaniyadan yararlanan müştərilər sərfəli şərtlərlə, müddəti min. 15 ay olmaqla, 50 000 manatadək mikro və aqro, eləcə də 20 000 manatadək nağd kreditlər əldə edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır