AccessBank yeni əmanət kampaniyasına start verib

AccessBank 15 illiyi ilə bağlı stabilliyə üstünlük verən müştərilər üçün “Sabit əmanət” kampaniyasına start verib. Bu kampaniya sayəsində müştərilər manatla əmanət hesabı açıb, vəsaiti ABŞ dolları valyutasında da geri götürə bilərlər. Müştərilər  həm əmanət müddətinin sonunda, həm də əmanət vaxtından əvvəl bağlanarsa bu imkandan faydalana bilərlər.

Qeyd edək ki, kampaniya çərçivəsində açılan əmanətlərə 15%-dək faiz dərəcəsi tətbiq olunur. Bu təklifdən həm fiziki, həm də hüquqi şəxslər 30 iyun 2017-ci il tarixinədək yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır