“AccessBank”da vəzifə dəyişikliyi baş verib

6 iyul 2017-ci il tarixində “AccessBank”ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Belə ki, iclasda bankın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb. Yığıncaqda Müşahidə Şurasının yeni tərkibi müzakirə olunub və nəticədə Müşahidə Şurasının yeni sədri və yeni üzvü seçilib.

Yeni sədr vəzifəsinə Doktor Yan Klasen seçilib, o, bu vəzifədə Orxan Aytemizi əvəz edib. Emre Yıldız isə Müşahidə Şurasına yeni üzvü təyin olunub.

Qeyd edək ki, Yan Klasen və Emre Yıldız bank işi sahəsində zəngin təcrübəyə malikdir və hər biri Avropanın aparıcı maliyyə qurumlarında yüksək vəzifədə çalışır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır