“AccessBank”ın “Bu yay üzünüzə güləcək” adlı lotereyası başa çatıb.
Belə ki, 2 ay davam edən lotereyanın 2-ci tirajının qalibləri kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə bu gün bankın Baş ofisində müəyyən olunub. 2-ci tirajın nəticələrinə əsasən bu dəfə də bankın 7 Mastercard ödəniş kart sahibi dəyərli hədiyyələr qazanıb.
“AccessBank”ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova bildirib ki, lotereyanın keçirilməsində əsas məqsəd respublikamızda nağdsız ödənişlər sisteminin inkişafına töhfə verməkdir.
Qeyd edək ki, lotereyada Antalyaya 2 nəfərlik səyahət, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanılırdı.