“Accessbank”ın rəhbərliyində dəyişiklik olub

Accessbank” QSC-nin Müşahidə Şurasında  dəyişiklik olub.

Almaniyanın “KfW” inkişaf bankı MŞ-dakı nümayəndəsi Eva Vitti Doktor Yan Klasenlə əvəz edib.

Doktor Yan Klasen Köln Universitetində təhsilini biznes inzibatçılığı ixtisası üzrə bitirdikdən sonra 1994-cü ildə KfW-ə qoşulub. İdxal-İxrac Maliyyələşdirməsi şöbəsinin siyasi departamentinin Vitse-Prezidenti vəzifəsində çalışıb, daha sonra KfW nəzdindəki təbii ehtiyatların maliyyələşdirilməsi sektorunun heyətinə rəhbərlik edib.

2005-ci ilin aprel ayından başlayaraq, Doktor Klasen KfW IPEX –Bankın korporativ işlər üzrə ofisinin nəzdində korporativ strategiya və inkişaf rəhbəri vəzifəsində yeni öhdəlikləri icra edib. 2009-cu ilin yayında KfW-ə qayıdaraq KfW-nin restrukturizasiya şöbəsinə rəhbərlik edib və köməkçi bankın qeyri-işçi aktivlərinə görə məsul şəxs təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır