AccessBank müştərilərə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədilə Sabirabad rayonu H.Əliyev pr. 35 ünvanında yeni filialını açıb. Müasir üslubda qurulan yeni filialda xidmət ixtisaslaşdırılmış hazırlıq keçmiş bank əməkdaşları tərəfindən aparılacaq.
Yeni filialda həm hüquqi, həm də fiziki şəxslərə tam çeşidli bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlər, müxtəlif plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi və s. kimi xidmətlər təklif olunur.
“AccessBank”ın İdarə Heyətinin sədri Rolf Reyxardt qeyd edib ki, yeni filialın açılmasında məqsəd Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alaraq müştərilərə daha çevik və səmərəli xidmət göstərməkdir”
Qeyd edək ki, ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook və twitter səhifələrindən, eləcə də 151 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.