“AccessBank” kredit kampaniyasını davam etdirir

Daim kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək verən AccessBank-ın “Bağa bax ki, bağ olsun!” kredit kampaniyası davam edir. Bağçılıqla məşğul olan şəxslər üçün keçirilən kampaniya aprelin 30-dək davam edəcək.

Bu müddət ərzində Bank kənd təsərrüfatı ilə məşğul olan şəxslərə kredit götürərkən 12 ayadək güzəşt müddəti və illik faiz dərəcəsinə 3%-dək endirim təqdim edir. Bundan başqa, müştəri ödəniş qrafikini özü seçərək kredit üzrə ödənişləri öz biznesinə uyğun şəkildə tərtib edə biləcək.

Kampaniyaya maraq böyükdür: artıq xeyli sayda müştəri AccessBank-ın təklif etdiyi əlverişli şərtlərdən yararlanaraq təsərrüfatını böyüdüb. Siz də bağınızı böyütmək istəyirsinzsə, sizə ən yaxın olan filialımıza üz tutun. Gəlin, bağınızı birgə böyüdək!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır