“AÇG və Şahdəniz” layihələri üzrə ARDNF-ə 131,6 mlrd. dollar daxil olub

2018-ci ilin yanvar ayında AÇG yatağından 651,6 mln. ABŞ dolları dəyərində gəlir əldə edilib.

BBN.az xəbər verir ki, 2001-ci ildən bəri isə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 129 137 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AÇG HPBS-nin 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən bonuslar isə 450 mln. ABŞ dolları olub.

Həmçinin 2007-ci ildən fevral ayınadək Şahdəniz yatağı üzrə əldə olunan ümumi gəlirlər 2 506 mln. ABŞ dolları, Şahdəniz layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən əlavə bonuslar isə 0,108 mln. ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır