Azərbaycan Respublikası Dövlət Neft Fondu açıq tender elan edir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) açıq tender elan edir.

BBN.az xəbər verir ki, tender aşağıdakı lotlar üzrədir.

Lot   1: Nesus lisenziyasının bir il müddətinə uzadılması;
Lot 2: : Fiziki təhlükəsizlik üzrə mühəndis texniki avadanlıqlarının ehtiyat hissələrinin satın alınması;

Lot 3 : Bakı şəhəri ərazisində yerləşən mərkəzlər üzrə Fondun əməkdaşları üçün bədən tərbiyyəsi və idman xidmətlərinin satın alınması;

Lot 4: Schneider markalı transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğularına texniki xidmətin satınalınması

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.

Tender prosedurları 05 sentyabr 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 27 avqust 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 04 sentyabr 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilib.                      
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır