Asiya İnkişaf Bankı (ADB) Cənub Qaz Dəhlizi (SGC), o cümlədən “Şahdəniz-2” layihələri üçün çoxtranşlı maliyyələşmə (MFF) proqramı çərçivəsində 2016-cı ilin sonuna kimi 1 mlrd. ABŞ dolları həcmində kredit ayırmağı təklif edir. Məlumata görə, vəsait 2 müxtəlif maliyyələşmə xətti üzrə təqdim oluna bilər.
Bankın Direktorlar Şurası məsələyə ilin sonuna kimi baxıb, yekun qərar verəcək.
Qeyd edək ki, ADB-nin bundan öncə yaydığı məlumata Bankın adıçəkilən layihələrə 1,505 mlrd. dollar ayıra biləcəyi qeyd edilirdi. Bununla da layihədə dövlətin 16,67%-lik iştirak payının maliyyələşdirilməsi üçün kommersiya banklarına dəstək məqsədilə qismən kredit zəmanətinin verilməsi nəzərdə tutulurdu. Eyni zamanda bildirilirdi ki, proqram hələ təqdim olunmayıb.
Xatırladaq ki, Bankın Direktorlar Şurasının məsələyə avqustun 22-də baxacağı planlaşdırılsa da, sonradan həmin vaxt sentyabrın 27-nə dəyişdirilib. Məlum olmayan səbəblərdən Direktorlar Şurasının qərarı ilin sonuna qədər təxirə salınıb.
Mənbə: report.az