Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların əmanətçilərinə kompensasiya ödənişi barədə məlumat yayıb. Belə ki, ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya, ümumi kompensasiya öhdəliyinin 98,5 %-i ödənilib və 662 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Zaminbank” ASC-də isə fiziki şəxslərin, 7 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 65 milyon 732 min manatdan artıq kompensasiya edilib. Bu isə ümumi kompensasiya öhdəliyinin 90,4 %-idir. Beləliklə 6 milyon 942 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Kredobank” ASC-də fiziki şəxslərin 7 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 milyon 771 min manat kompensasiya, ümumi kompensasiya öhdəliyinin 99,5 %-i ödənilib və 138 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Dekabank KB” ASC-də fiziki şəxslərin 7 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 milyon 87 min manatdan artıq kompensasiya, ümumi kompensasiya öhdəliyinin 98,7 %-i ödənilib və 39 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 11 bank üzrə 741 milyon 146 min manatdan artıq kompensasiya ödənilib.