Əmanətlərin Sığortalanması Fondu 7 iyul 2017-ci il tarixinə 4 bank üzrə 455 mln. manatdan artıq kompensasiya ödənişi edib. Belə ki, ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə Fond tərəfindən ümumilikdə 14 milyon 350 min manatdan artıq, ümumi kompensasiya öhdəliyinin 98,2 %-i ödənilib və 263 min manat kompensasiya öhdəliyi ödənilməyib.
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 2 milyon 4 min manatdan artıq, ümumi öhdəliyin 95,9 %-i kompensasiya edilib və 86 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə ümumilikdə 437 milyon 542 min manatdan artıq, ümumi kompensasiya öhdəliyinin 99,2 %-i ödənilib və 3 milyon 611 min manatı kompensasiya edilməyib.
Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 1 milyon 807 min manatdan artıq, ümumi kompensasiya öhdəliyinin 86,1 %-i və 292 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 11 bank üzrə 741 milyon 146 min manatdan artıq kompensasiya ödənilib.