ADIF 4 bankın qorunan əmanətçilərinə müraciət edib

13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank” ASC, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC,  30 iyul  2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC,  30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün  1 avqust 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən 1 avqust 2017-ci il tarixə kimi kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur.

Qeyd edək ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş ilmüddətində saxlanılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır