Əmanətlərin Sığortalanması Fondu tərəfindən 04 iyul 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manat, yəni ümumi kompensasiya öhdəliyinin 98,5 %-i, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 63 milyon 951 min manat, yəni ümumi kompensasiya öhdəliyinin 88 %-i, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat,yəni ümumi kompensasiya öhdəliyinin 99,9%-i və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 min manatdan, yəni ümumi kompensasiya öhdəliyinin 98,7%-indən artıq kompensasiya ödənilib.
4 iyul 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 350 min manat, yəni ümumi kompensasiya öhdəliyinin 98,2%-i, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 4 min manatdan, yəni ümumi kompensasiya öhdəliyinin 96 %-indən artıq kompensasiya edilib.
4 iyul 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 437 milyon 510 min manatdan artıq kompensasiya ödənişi olub.
4 iyul 2017-ci il tarixdə “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 807 min manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 739 milyon 327 min manatdan artıq kompensasiya ödənilib.