Qorunan əmanətlərin 96%-i geri qaytarılıb

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 1 fevral 2017-ci il tarixinə qədər 723 mln. manatdan çox kompensasiya ödənişi həyata keçirilib ki, bu ümumi öhdəliyin 96,2%-ni təşkil edir.

Kompensasiya ödənişi  həyata keçirilmiş banklar və onlara ödənilən məbləğlər aşağıdakı cədvəldə göstərilib:

 

Sıra

 

Banklar

01 fevral 2017-ci tarixinə kompensasiya ödənişi (mln.manat) Ümumi kompensasiya öhdəliyinin faizlə göstəricisi
1 Parabank 43,135 98,3%
2 Zaminbank 53,383 73 %
3 Kredobank 27,770 99,5%
4 Dekabank 3,086 98,7%
5 Atrabank 14,271 98,1%
6 Qafqaz İnkişaf Bankı 1,974 94,4%
7 Bank of Azerbaijan 24,161 97 %
8 Gəncəbank 0,976 94 %
9 Texnikabank 120,397 98,1 %
10 Bank Standard 434,823 99 %
Cəmi: 723,976 96,2%

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır