“AFB Bank” da yeni təyinat olub

“AFB Bank” ASC-nin rəhbərliyində  yeni təyinat olub. Belə ki, Anar Bayramov baş direktor vəzifəsinə təyin edilib. Bununla bankın baş direktorlarının sayı 3-ə çatıb.

Qeyd edək ki, A.Bayramov bank sektorunda 2006-cı ildən fəaliyyətə başlayıb. Belə ki, 2006-2008-ci illərdə “AccessBank”da daxili auditor vəzifəsini tutub, 2008-2013-cü illərdə isə “Yapı Kredi Bank Azərbaycan”da analoji vəzifədə çalışıb. 2013-2017-ci illərdə isə “Yapı Kredi Bank Azərbaycan”da filial direktoru kimi fəaliyyət göstərib.

Mənbə: Apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır