“ AFB Bank” da yeni vəzifə təyinatı olub. Belə ki, Vüsal Eynullayev bankın Müşahidə Şurasının Sədri vəzifəsinə gətirilib. Vüsal Eynullayev bundan öncə “Bank of Baku” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində olub.
Qeyd edək ki, “AFB Bank”ın keçmiş Müşahidə Şurasının Sədri Cahangir Mirzəzadəyə “Gilan Holdinq” də vəzifə verilib.