“AGBank” “Paşa Həyat Sığortanın” məhsulunu satacaq

“AGBank “ və “Paşa Həyat Sığorta” əməkdaşlığa başlayıb. Belə ki, “Ailəmin Paşa Güvənliyi” fərdi həyat sığortasını satmaq üçün “Paşa Həyat Sığorta” “AGBank”la razılaşıb.

“Ailəmin Paşa Güvənliyi” fərdi həyat sığortasını əldə edən şəxs ölüm və ya 1-ci qrup əlilliklə rastlaşarsa, ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur.

“Ailəmin Paşa Güvənliyi” üzrə təminat 60.000 AZN-ə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayinədən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi 500.000 AZN həcmində müəyyənləşib. Sığorta üçün maksimal yaş həddi 18-60 yaşdır.

Qeyd edək ki,  müqavilə 5 il müddətinə imzalanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır