AGBank T24 əməliyyat sistemini təkmilləşdirib

Azərbaycanın aparıcı banklarından biri olan AGBank ASC müştəri məmnuniyyətini artırmaq, aparılan əməliyyatların effektivliyini yüksəltmək məqsədilə mövcud əməliyyat sistemində təkmilləşdirmə işlərini yekunlaşdırıb. Belə ki, bankda mövcud T24 bank sisteminin daha təkmil modelinin tətbiqinə start verilib.

AGBank ASC-də elektron infrastrukturun strateji inkişafı çərçivəsində mövcud T24 sistemində təkmilləşdirmə aparılıb. Bu yenilik sayəsində AGBank müştəriləri daha qısa müddət ərzində daha yüksək keyfiyyətli xidmət əldə edəcəklər. Sistemin yenilənmiş variantı əməliyyatların aparılması vaxtını qısaldır, onların müxtəlifliyini artırır. Təkmilləşdirmə sayəsində sistemdə riskləri minimallaşdırmaq, hesabatları və xərcləri optimallaşdırılmaq mümkün olacaq.

Artıq bankın bütün şöbə və filiallarında T24 sisteminin təkmil variantı tətbiq edilir. Bu sistemdən kredit və depozitlər, hesab üzrə əməliyyatlar və ödənişlər, kassa xidməti, maliyyələşmə ilə bağlı əməliyyatların hamısında istifadə olunur. T24 modeli əməliyyatların fasiləsiz olaraq – həftənin 7 günü, sutkanın 24 saatı aparılmasına şərait yaradır. Sistem əməliyyat risklərini azaltmağa, informasiya texnologiyalarının inkişafı və dəstəklərməsinə lazım olan xərcləri azaltmağa imkan verir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır